Əlyazmanın əsli Tehranda saxlanılır. Milli Kitabxana Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı" layihəsi çərçivəsində dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan Azərbaycan klassiklərinin əlyazmalarının digital nüsxələrini əldə etmişdir. Həmin əlyazmalara yeni nəfəs verilmiş, hər bir nüsxənin orijinallığı qorunaraq nəfis tərtibatda nəşr edilmişdir. |